İranın Kərəc və Sari şəhərlərində daha 3 nəfər edam edilib

İranın Kərəc və Sari şəhərlərində daha 3 nəfər edam edilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib. Edamlardan biri neçə gün əvvəl həyata keçirilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl törətdiyi qətlə görə qisasa məhkum edilmiş müttəhim Əbülfəzl Qurbani, yanvarın 4-ü sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib.

 

Eyni ittihamla daha 2 məhbus, yanvarın 8-i sübh saatlarında Mazandaran əyalətinin mərkəzi olan Sari şəhərinin həbsxanasında dara çəkilib. Edam edilənlərin adları mediaya açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN