İranın Kirman əyalətində 5,1 bal gücündə zəlzələ olub

İranın Kirman əyalətində 5,1 bal gücündə zəlzələ olub

GünAzTV: Noyabrın 16-sı, yerli vaxtla axşam saat 23:47 radələrində İranın Kirman əyalətinin Mərdhək məntəqəsində 5,1 bal gücündə zəlzələ baş verib.

 

Tehran Universitetinin seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ, Mərdhəkin 18 kilometrliyində, Rudbarın 36 kilometrliyində və Kirmanın tabeliyində olan Ənbərabadın 51 kilometrliyində qeydə alınıb. Zəlzələdə mümkün dağıntıların və ya bədən xəsarəti alanların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Yayılan ilkin məlumatlara əsasən, bölgəyə xilasedicilərin cəlb edildiyi bildirilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN