İranın Kirman əyalətində hüquq-mühafizə qüvvələrinin əməkdaşı silahlı qarşıdurmada öldürülüb

İranın Kirman əyalətində hüquq-mühafizə qüvvələrinin əməkdaşı silahlı qarşıdurmada öldürülüb

GünazTV: İranın Kirman əyalətində yerli hüquq-mühafizə qüvvələrinin bir əməkdaşı naməlum silahlı dəstə üzvləri ilə baş verən qarşıdurmada öldürülüb.

 

Hadisə, iyunun 6-sı sübh saatlarında Kirman əyalətinin Cazmuriyan məntəqəsində baş verib. Bölgədə rey keçirən hökumət qüvvələri ilə naməlum silahlı şəxslər arasında qarşıdurma yaranıb. Atışma nəticəsində hüquq-mühafizə qüvvələrinin əməkdaşı Məhəmməd Əmin Allahdadi aldığı güllə yarasından yerindəcə keçinib.

 

Yaraqlı dəstə üzvləri hadisə yerindən qaça biliblər. Silahlı qarşıdurmada yaralıların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN