İranın Kirman, Yasuc və Urmiya şəhərlərində daha 3 nəfər dara çəkilib

İranın Kirman, Yasuc və Urmiya şəhərlərində daha 3 nəfər dara çəkilib

GünAzTV: İranda qətldə və qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib. Edamlar,  Kirman, Yasuc və  Urmiya şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, dörd il əvvəl məişət zəminində baş verən bir davada öz bacanağını qətlə yetirən, adı mediaya açıqlanmayan müttəhimlərdən biri sentyabrın 27-si sübh saatlarında İranın Kirman zindanında dara çəkilib.

 

6 il əvvəl, tayfadaxili ixtilaflara görə qətl törədən və adı açıqlanmayan daha bir müttəhim, sentyabrın 26-da İranın Yasuc şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. Bildirilir ki, qatilin dara çəkilməsindən sonra, onun tanışları və yaxın tayfa üzvləri zindan ətrafında polis və təhlükəsizlik qüvvələrinə qarşı etiraza qalxsalar da, onların qarşısı zorakılıqla alınıb.

 

Sentyabrın 26-da Urmiyanın mərkəzi zindanında daha 1 nəfər edam edilib. Qəsdən adam öldürmədə günahlandırılaraq qisasa məhkum edilən müttəhim (Cavad Xeyri), qətlə yetirdiyi şəxsin valideynləri onu bağışlamaqdan imtina etdikdən sonra barəsində çıxarılmış hökm icra edilib və o dara çəkilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN