İranın Kirmanşah əyalətində 5,9 bal gücündə zəlzələ olub

İranın Kirmanşah əyalətində 5,9 bal gücündə zəlzələ olub

GünAzTV: İyulun 22-si yerli vaxtla saat 14:37 radələrində İranın Kirmanşa əyalətinin Tazəabad şəhərində 5,9 bal gücündə zəlzələ olub.

 

İran Seysmoloji mərkəzinin bildirdiyinə görə, ocağı yerin 8 kilometr dərinliyində qeydə alınan zəlzələ əyalətin ətraf şəhər və bölgələrində də hiss olunub.  

 

Yayılan ilkin məlumata əsasən, zəlzələdə 81 ev tamamilə dağılıb, bir çox tikililərdə çatlar əmələ gəlib, su və elektrik xətləri sıradan çıxıb. Zəlzə nəticəsində əyalətin Kirmanşah, Tazə kənd, Səlas babacani, Cavanrud, Pavə, Rəvansər, Sərpol Zəhab şəhərlərində ən azı 232 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Zəlzələdən xəsarət alanlara ilkin tibbi yardım göstərildiyi, bölgəyə xilasedicilərin cəlb edildiyi bildirilir.

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN