İranın Kirmanşah əyalətində 6,4 bal gücündə zəlzə baş verib - FOTOLAR

İranın Kirmanşah əyalətində 6,4 bal gücündə zəlzə baş verib - FOTOLAR

GünAzTV: Noyabrın 25-i yerli vaxtla axşam saat 20:07 radələrində, İranın Kirmanşah əyalətində  Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.  

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ, Sərpol Zəhabın 17, Qəsr Şirinin 18, Gilanqərbin isə 33 kilometrliyində, yerin 10 km dərinliyində qeydə alınıb. Yayılan ilkin məlumata əsasən, təbii fəlakət nəticəsində əyalətin müxtəlif şəhərlərində ən azı 156 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib. Zəlzələ nəticəsində əyalətin bir çox yerlərində sular kəsilib, elektrik xətləri sıradan çıxıb, bir çox evlərdə çatlar və dağıntılar əmələ gəlib.

 

Bölgədə havaların soyuq və yağıntılı keçməsinə baxmayaraq, zəlzələdən vahiməyə düşən bütün əhali evlərini tərk edərək küçə və parklara toplaşıblar. Zəlzələ, İranın Sənəndəc, Həmədan, İlam, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Ərdəbil və Gilan şəhər və əyalətlərində, eləcə də İraq paytaxtı Bağdadda da hiss olunub. Bölgəyə xilasedicilərin cəlb edildiyi bildirilir.

 

 

Xatırladaq ki, 2017-ci il, noyabrın 12-si axşam saat 21:48 radələrində İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ baş vermişdi. Güclü zəlzələ həm də İraqın bir hisssini silkələmişdi. Zəlzələ nəticəsində ən azı 530 nəfər həyatını itirmiş, 9388 insan müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Zəlzələ, Kirmanşah əyalətinin müxtəlif şəhər və kəndlərində çoxlu evin dağılmasına səbəb olmuşdu.

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN