İranın Kirmanşah əyalətində yaraqlı kürdlərlə baş verən qarşıdurmada 1-i “Sepah”çı olmaqla 6 nəfər həlak olub

İranın Kirmanşah əyalətində yaraqlı kürdlərlə baş verən qarşıdurmada 1-i “Sepah”çı olmaqla 6 nəfər həlak olub

GünazTV: İranın Kirmanşah əyalətində müxalif yaraqlı kürdlərlə “Sepah” qüvvələri arasında baş verən silahlı qarşıdurmada 6 nəfər həyatını itirib.

 

Bu barədə “Sepah”ın quru qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi iyulun 11-də bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, hadisə iyulun 10-u axşam saatlarında Kirmanşah əyalətinin Cavanrud məntəqəsində baş verib: “Terrorçu bir dəstənin üzvləri sərhəddi qanunsuz keçərək ölkə ərazisinə girməyə cəhd edərkən “Nəcəf-i Əşrəf” qərargahı qüvvələri tərəfindən mühasirəyə alınaraq məhv ediliblər. Atışma zamanı 5 terrorçu öldürülüb və onlardan qalan külli miqdarda silah-sursat və digər hərbi avadanlıqlar ələ keçirilib” –deyə bəyanatda bildirilir.

 

Yayılan məlumatda həmçinin bildirilir ki, silahlı dəstə üzvləri ilə qarşıdurmada 1 “Sepah”çı həlak olub. Öldürülən “Sepah”çının adı açıqlanmayıb.

 

Qeyd edək ki, “Sepah” qüvvələri ilə yaraqlı küdlər arasında üç gün əvvəl də qarşıdurma yaranmışdı. İyulun 9-da İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində yaraqlı kürdlərin “Sepah” avtomobilinə qarşı hücumunda 3 ”Sepah”çı öldürülmüş, 1-i yaranmışdı.  “Sepah” avtomobilinə hücum edən müxalif kürdlər hadisə yerindən qaça bilmişdilər

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN