İranın Kirmanşah şəhərində daha 5 məhkum edam edilib

İranın Kirmanşah şəhərində daha 5 məhkum edam edilib

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 5 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hər beş məhkum dekabrın 9-u sübh saatlarında Kirmanşahın Dizelabad zindanında dara çəkiliblər. Edam edilənlərdən ikisinin adları (Əmir Xürrəm Nəcəfabadi və Xəlil Kərəmi) mediaya açıqlansa da, digər üç məhkumun kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Məhkumlardan biri (Əmir Xürrəm Nəcəfabadi) iki il əvvəl ailədaxili ixtilaflara həyat yoldaşını qətlə yetirdiyinə görə edam edilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN