İranın “Kövsər” qırıcısı ilə bağlı yalanı üzə çıxdı. “Kövsər”, Amerikanın 60-cı illərdə istehsal etdiyi “F-5” qırıcısından başqa bir şey deyil

İranın “Kövsər” qırıcısı ilə bağlı yalanı üzə çıxdı. “Kövsər”, Amerikanın 60-cı illərdə istehsal etdiyi “F-5” qırıcısından başqa bir şey deyil

GünAzTV: İranın guya ölkədə istehsal edilən “Kövsər” qırıcısı ilə bağlı yalanı üzə çıxıb. Məlum olub ki, İran müdafiə sənayesi mütəxəssislərinin əli ilə istehsal edildiyi iddia edilən “Kövsər”, Amerikanın 60-cı illərdə istehsal etdiyi “F-5” qırıcısının rənglənmiş formasından başqa bir şey deyil.

 

“Kövsər” qırıcısının təqdimat mərasimi, avqustun 21-də prezident Həsən Ruhani və İran silahlı qüvvələrinin yüksək rütbəli komandirlərinin iştirakı ilə Tehranda keçirilib. Təqdimat mərasimində qırıcının guya ölkədə və yerli müxəssislər tərəfindən istehsal edildiyi və onun “yüksək” qabiliyyətləri barədə hakimiyyət saytlarında və dövlət tele-radiosunda geniş təbliğat aparılıb. Həsən Ruhani də şəxsən qırıcıda oturaraq, ona təyyarənin funksiyaları və digər qabiliyyətləri barədə ətraflı məlumat verilib.

 

Lakin “Kövsər” qırıcısının təqdimat mərasimi ilə bağlı xəbərlərin yayılmasından az sonra, prezident Ruhaninin qırıcının ölkədə istehsal edilməsi ilə bağlı dediklərinin yalan olması üzə çıxıb. Belə ki, beynəlxalq hərbi mütəxəssislər, o cümlədən də dünyanın bir sıra elmi saytları və sosial şəbəkələr İran hökumətinin yalan təbliğatını ifşa etməyə başlayıblar.

 

 

Xarici hərbi mütəxəssislər bildiriblər, İran prezidentinin “Kövsər”in ölkə mütəxəssisləri tərəfindən istehsal edilməsi ilə bağlı iddialarına baxmayaraq, bu təyyarə, Amerikanın 60-cı illərdə istehsal etdiyi “F-5” qırıcısınının rənglənmiş formasından başqa bir şey deyil. Bildirilir ki, İranın keçmiş şahı, hələ islam inqilabının qələbə çalmasından 5 il əvvəl, yəni 1974-cü ildə həmin təyyarədən bir neçəsini almış və qırıcılar İran ordusunun istifadəsinə verilmişdi.

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN