İranın Kürdüstan Demokrat Partiyası yaraqlıları ilə “Sepah”çılar arasında baş verən silahlı qarşıdurmada 6 nəfər həlak olub

İranın Kürdüstan Demokrat Partiyası yaraqlıları ilə “Sepah”çılar arasında baş verən silahlı qarşıdurmada 6 nəfər həlak olub

GünAzTV: İranın Kürdüstan Demokrat Partiyası peşmərgələri ilə “Sepah”çılar arasında baş verən silahlı qarşıdurmada 6 nəfər həlak olub. Bu barədə Mustafa Hecrinin başçılıq etdiyi Kürdüstan Demokrat Partiyasının rəsmi saytı məlumat yayıb.

 

Yayılan məlumata əsasən qarşıdurma, oktabrın 12-si sübh saat 08:00 radələrində İranın Kirmanşah əyalətində, İraq sərhəddinə yaxın Pavə şəhərinin Bidmiri məntəqəsində baş verib. 3 saat sürən atışmada, Kürdüstan Demokrat Partiyasının 2 peşmərgəsi (Şahu Veysi və Zanyar İslami), “Sepah” qüvvələrindən isə 3 nəfər həlak olub. Atışma nəticəsində həmçinin Fərşad Çeçani adlı bir mülki vətəndaş güllə yarası alaraq yerindəcə həlak olub.

 

“Sepah”ın silahlı qarşıdurmada verdiyi itkilərinin adları açıqlanmayıb. Bölgədə vəziyyətin gərgin olduğu bildirilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN