İranın Kürdüstan əyalətində yaraqlı kürdlərlə qarşıdurmada 1 “Sepah”çı öldürülüb

İranın Kürdüstan əyalətində yaraqlı kürdlərlə qarşıdurmada 1 “Sepah”çı öldürülüb

GünazTV: İranın Kürdüstan əyalətinin Sərvabad şəhərində yaraqlı kürdlərlə hökumət qüvvələri arasında baş verən silahlı qarşıdurmada 1 “Sepah”çı öldürülüb.

 

Bu barədə, “Sepah”ın “Həmzə Seyidüşşühəda” qərargahının ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

 

Yayılan məlumata əsasən, hadisə iyulun 26-sı sübh saatlarında Sərvabad şəhərinin sərhədyanı “Həvar Junin Dəle-mərz” məntəqəsində baş verib. Bölgədə reyd keçirən “Sepah” qüvvələri ilə müxalif yaraqlı kürdlər arasında qarşıdurma yaranıb. Atışma nəticəsində “Sepah”çı Hadi Ocaq ağır yaralansa da, aldığı güllə yarasından xəstəxana yolunda keçinib.

 

Bildirilir ki, yaraqlı kürdlərin əksəriyyəti hadisə yerindən qaça bilsələr də, onlardan bir neçəsi atışma zamanı öldürülüb, bir neçəsi isə yaralanaraq ələ keçirilib. Yaraqlı kürdlərdən müəyyən qədər silah-sursatın ələ keçirildiyi vurğulanır.

 

 

Yaraqlı kürdlərin hansı bir siyasi kürd təşkilatına bağlı olduğu haqda hər hansı bir məlumat yayılmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN