İranın Küveytdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Küveytdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

 

GünAzTV: İranın Küveytdəki səfiri Əlirza İnayəti bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Küveyt Xarici İşlər Nazirliyinin dekabrın 16-da yaydığı bəyanatda bildirilir ki, Əlirza İnayətinin çağırılması, 4 Küveyt vətəndaşının İranda tutulması ilə əlaqədardır. Bildirilir ki, Küveyt vətəndaşları İranın Xuzistan əyalətinin Əhvaz şəhəri ətrafında tutulublar. Bəyanatda qeyd olunur ki, Küveyt tərəfi məsələ ilə bağlı rəsmi Tehranla əlaqə saxlayaraq İran səfirni Xarici İşlər Nazirliyinə çağıraraq ondan tutulanların dərhal azadlığa buraxılmasını və Küveyt nümayəndələrinin onlarla görüşünə şərait yaradılmasını tələb edib.

 

Bəyanatda, Küveyt vətəndaşlarının adları və onların tutulduğu tarix açıqlanmayıb. Rəsmi Tehran, səfirinin Küveyt Xarici İşlər Nazirliyinə çağırılması və onun qarşısına oyulan tələblər haqda susur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN