İranın Londondakı səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Londondakı səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

GünazTV: İranın Londondakı səfiri Həmid Bəidi Nejad sentyabrın 10-da Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Bildirilir ki, Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılan İran səfirinə rəsmi Tehranın “Adrian Dərya 1” (keçmiş Grace 1) neft tankerinin yükü ilə bağlı atdığı addımları pislənilib, İrandan bu barədə izahat verməsi tələb edilib.

 

Yayılan məlumata əsasən, Britaniya tərəfi İran səfirinə bildirib ki, İranın gəminin daşıdığı yükü ilə bağlı qərarı  qəbuledilməzdir və Tehranın bu kimi əməlləri beynəlxalq qanunlara qarşı zidd addımdır. Rəsmi London bildirib ki, İranın “Adrian Dərya 1” tankerini Suriyaya göndərməsi və onun daşıdığı nefti həmin ölkədə boşaltması rəsmi Tehranın bu barədə üzərinə götürdüyü öhdəliklərinə ziddir və Britaniya cari ayda bu məsələni BMT-də qaldıracaq.

 

Qeyd edək ki, iki ay əvvəl Suriyaya gizli neft daşıdığına görə Cəbəlüttariqdə saxlanılan İranın neft tankeri “Grace 1” (sonradan “Adrian Dərya 1) azad edildikdən sonra əvvəlcə Yunanistana, sonra Türkiyəyə, daha sonra isə Livana istiqamət götürüb, sonunda isə Suriyaya gedərək daşıdığı nefti bu ölkədə boşaldıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN