İranın Londondakı səfiri: “İranda “İnstex” sisteminə o qədər də ümid yoxdur”

İranın Londondakı səfiri: “İranda “İnstex” sisteminə o qədər də ümid yoxdur”

GünazTV: İranın Böyük Britaniyadakı səfiri Həmid Bəidi Nejad oktyabrın 19-da Londonda keçirilən İranla Britaniya arasında İqtisadi Əlaqələrin Perspektivi” adlı toplantıda çıxış edərək, Tehranla Avropa arasında ticari əlaqələri asanlaşdırmaq məqsədilə yaradılmış “İnstex” sisteminin səmərəsizliyindən gileylənib.

 

O deyib ki, Avropanın “İnstex” adlanan xüsusi maliyyə kanalı bu günə qədər İranla barter sistemi əsasında ticari əlaqələrin inkişafı uğrunda mühüm rol oynaya bilməyib: “Təəssüflər olsun ki, “İnstex”in işə salınması və onun icrası ilə bağlı zaman cədvəli bizim istədiyimiz şəkildə irəli getmədi. Bu sistemin işə salınmasında çoxlu gecikdirmələrə yol verildi. Nəticəsi də o oldu ki, bu gün İranda “İnstex” sisteminə və onun nəticə verəcəyinə o qədər də ümid yoxdur.

 

Avropalılar bilirlər ki, İran ümidsizliklə “İnstex”i və onun ətrafında cərəyan edən dəyişiklikləri diqqətlə izləyir. Ümid edirik ki, avropalılar bu sistemi bundan sonra daha aktivləşdirəcəklər” –deyə, İranın Londondakı səfiri Həmid Bəidi Nejad əlavə edib.

 

Qeyd edək ki, Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranla Avropa arasında ticari əlaqələri asanlaşdırmaq məqsədilə “İnstex” adlı barter sisteminə əsaslanan xüsusi maliyyə kanalı yaradılsa da, bu sistem bu günə qədər bu yolda önəmli bir addım ata bilməyib.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN