İranın magistral yollarında koronavirusun daşıyıcısı olmaqda şübhəli bilinən 9000 nəfər saxlanılıb

İranın magistral yollarında koronavirusun daşıyıcısı olmaqda şübhəli bilinən 9000 nəfər saxlanılıb

GünazTV: İranın magistral yollarında koronavirusun daşıyıcısı olmaqda şübhəli bilinən 9000 nəfərdən çox musafir (sərnişin) saxlanılıb.

 

Bu barədə, İranın Qızıl Aypara Cəmiyyətinin gənclər təşkilatının başçısı Əli Heydəri martın 25-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

O bildirib ki, ölkə əyalətlərində Novruz bayramı tətillərindən istifadə edərək səfərə çıxan vətəndaşlar yollarda yaradılmış tibb məntəqələrində müayinədən keçiblər: “Ölkənin magistral yollarında və şəhərlərin girəcəyində koronavirusun daşıyıcısı olmaqda şübhəli bilinən 9000-dən çox musafir saxlanılaraq, tibb mərkəzlərinə göndəriliblər.

 

Hesab edirik ki, vətəndaşlar koronavirusun yayılmasının qarşısını almaq üçün rəsmi qurumların tövsiyələrinə əməl etməli, Novruz bayramının qalan tətil günlərini evdə qalmalı, səfərə çıxmaqdan çəkinməlidirlər” -deyə, İranın Qızıl Aypara Cəmiyyətinin gənclər təşkilatının başçısı Əli Heydəri bildirib.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 25-də mediaya açıqlamasında son bir sutka ərzində ölkədə  koronavirus qurbanlarının yeni statistikasını yayaraq deyib ki, martın 24-dən 25-ə qədər ölkədə koronavirusa yoluxanların sayı 27017 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2077 nəfərə yüksəlib.

 

 

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN