İranın Marağa şəhərində daha 1 nəfər dara çəkilib

İranın Marağa şəhərində daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, Həştrud şəhər sakini olan 29 yaşlı müttəhim Huşəng Delican, oktyabrın 31-i sübh saatlarında İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin həbsxanasında dara çəkilib. Dörd il Marağa zindanında saxlandıqdan sonra edam edilən həmin şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN