İranın Marağa şəhərində daha 1 nəfər dara çəkilib

İranın Marağa şəhərində daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 1 nəfər  dara çəkilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl 14 kilo 800 qramlıq “şişə” adlı narkotik maddə qaçaqmalçılığında təqsirləndirilərək həbs edilən 36 yaşlı müttəhim Mənuçehr Heydərxah, avqustun 22-i sübh saatlarında İranın Marağa şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Son aylarda İranda edamların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Edam edilənlərin əksəriyyəti isə narkotik maddə qaçaqmalçılığında və qətldə günahlandırılır.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN