İranın Marağa şəhərində daha 1 nəfər edam edilib

İranın Marağa şəhərində daha 1 nəfər edam edilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Ölüm hökmü 11 gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl məişət zəminində baş verən bir davada qətl törədən məhkum İmran Qulam Xosrəvi, yanvarın 30-u sübh saatlarında Marağa zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN