İranın Marağa şəhərində gecə şənliyinə qatılan daha 50 qız və oğlan tutulub

İranın Marağa şəhərində gecə şənliyinə qatılan daha 50 qız və oğlan tutulub

GünAzTV: İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindəki bağ evlərindən birində keçirilən gecə şənliyinə qatılan daha 50 qız və oğlan tutulub.

 

 Bu barədə Marağanın inqilab prokuroru Nadir Nəcd noyabrın 14-də jurnalistlərə açıqlama verib.

 

 O bildirib ki, hüquq-mühafizə qüvvələri şəhərin ətraf bağ evlərindən birində gənclərin bir yerə toplaşıb şənlik etməsi barədə xəbər aldıqdan sonra polis əməkdaşları dərhal həmin evə yollanıb: “Əməkdaşlarımız həmin bağ evinə daxil olarkən orada toplaşanlar münasib vəziyyətdə deyildi. Onlar, alkoqollu içkilər qəbul etdikləri üçün özlərini yaxşı apara bilmirdilər.

 

Əməkdaşlarımız bağ evində yoxlama apardıqdan sonra oraya toplaşan və birlikdə şənlik edən 50 nəfəri həbs edib polis bölməsinə apardılar. Tutulanlar, polis bölməsində dindirildikdən sonra 13 kişi və 9 qadını saxlayıb, qalanlarını isə mülki vəsiqə qarşılığında azadlığa buraxıblar”. Saxlanılanların dindirilməsi davam edir”.

 

 Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 1600 nəfərdən çox adam həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN