İranın Məşhəd şəhərində naməlum şəxslər 2 axundu bıçaqlayıblar. Axundlardan biri komaya düşüb

İranın Məşhəd şəhərində naməlum şəxslər 2 axundu bıçaqlayıblar. Axundlardan biri komaya düşüb

GünAzTV: Son bir həftədə İranın Məşhəd şəhərində naməlum şəxslər küçədə 2 axunda hücum edərək bıçaqlayıblar. Bıçaq yarası almış axundlardan biri xəstəxanaya çatdırıldıqdan sonra komaya düşüb. Bu barədə İran hökumətinə yaxın saytlar məlumat yayıb.

 

Bildirilir ki, sentyabrın 8-də Məşhədin “Nur əl Rza” dini mərkəzindən çıxıb evinə getmək istəyən axund Məhəmməd Tulayi naməlum şəxslərin hücumuna məruz qalıb. Hücumçular avtomobilind oturan axunda yaxınlaşaraq əllərindəki bıçağı onun sinəsinə sancıblar. sonra hadisə Bıçaq zərbəsindən ağır yaralanmış axund xəstəxanaya çatdırıldıqdan sonra dərin komaya düşüb. Onun səhhətinin ağır olduğu bildirilir. Hücumçular hadisə yerindən qaça biliblər.

 

Məşhəddə ikinci axunda bıçaqlı hücum isə sentyabrın 11-də baş verib. Naməlum şəxslər “Nur əl Rza” dini mərkəzinin daha bir axunduna küçədə hücum edərək, ona bıçaq zərbələri endiriblər. Vaxtında xəstəxanaya çatdırılan və adı açıqlanmayan axundun səhhətinin qənaətbəxş olduğu bildirilir.

 

Polisin hücumçuları yaxalamaq üçün geniş axtarış əməliyyatına başladığı qeyd edilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN