İranın Məşhəd və Bircənd şəhərlərində daha 2 nəfər edam edilib

İranın Məşhəd və Bircənd şəhərlərində daha 2 nəfər edam edilib

GünAzTV: İranda qəsdən adamöldürmədə və qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 2 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, 9 il əvvəl bir toy mərasimində baş verən davada qətl törədən 41 yaşlı Qulaməli adlı müttəhim, iyulun 16-sı sübh saatlarında Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Həmçinin 6 il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan Bocnurd şəhər sakini, Baratəli Şirdelan adlı daha bir müttəhim, iyulun 19-u sübh saatlarında İranın Cənubi Xorasan əyalətinin Bircənd şəhərinin mərkəzi həbsxanasında dar ağacından asılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN