İranın Məşhəd və Kaşmər şəhərlərində daha 2 məhkum dara çəkilib

İranın Məşhəd və Kaşmər şəhərlərində daha 2 məhkum dara çəkilib

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılaraq ölüm hökmü almış daha 2 məhkum edam edilib. Ölüm hökmləri bir neçə gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, iki il əvvəl Rəzəvi Xorasan əyalətində heroin daşıyarkən həbs edilən və məhkəmədə edama məhkum edilən 34 yaşlı məhkum Rza Dəbbağ avqustun 10-u sübh saatlarında Kaşmər şəhərinin zindanənda dara çəkilib.

 

Həmçinin avqustun 14-də Əfqanıstan vətəndaşı olan daha bir məhkum Məşhəd şəhərinin həbsxanasında edam edilib. Adı mediaya ixtisarla verilən 52 yaşlı məhkum, beş il əvvəl oğurluq məqsədilə dostunun hamilə həyat yoldaşını qətlə yetirməkdə günahlandırılıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN