İranın müdafiə naziri: “Biz region ölkələrinin parçalanması ilə müxalifik”

İranın müdafiə naziri: “Biz region ölkələrinin parçalanması ilə müxalifik”

GünAzTV: İranın müdafiə naziri Əmir Hatəmi sentyabrın 26-da jurnalistlərə açıqlamasında İraq Kürdistanında keçirilmiş müstəqillik referendumundan danışıb.

 

Nazir bildirib ki, İran region ölkələrinin sərhədlərinin dəyişdirilməsini qəbul etməyəcək: “İran region ölkələrinin parçalanmasına və onların coğrafi sərhədlərinin dəyişdirilməsinə gətirib çıxaracaq hər hansı bir addım və ya təşəbbüslə müxalifdir. Ümid edirik ki, İraq Kürdistanı Muxtariyyətinin rəhbərləri bizim hava sərhədlərimizi bağlamağımızla onlara verdiyimiz mesajın anlamını dərk edəcəklər.

 

İraq hökuməti və xalqının İŞİD-çilərin qalıqlarına qarşı mübarizə apardığı bir vaxtda Kürdistanda müstəqillik referendumunun keçirilməsi, kürdlərin terrorçu İŞİD-çilərin və onların regional və beynəlxalq himayədarlarının meydançasında oynaması deməkdir. Bu isə, İraq millətinə, bölgəyə və İraq Kürdistanının özünə böyük problemlər yaradacaq”.

 

Qeyd edək ki, İraq Kürdistanında müstəqilliklə bağlı referendum sentyabrın 25-də keçirilib. İlkin nəticələrə əsasən, səsvermə hüququna malik olan kürdlərin 72 faizi seçkiyə qatılıb. Səs verənlərin 93 faizi Kürdistanın İraqdan ayrılaraq müstəqilliyə qovuşmasına səs verib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN