İranın müdafiə naziri: “Bölgədə sionistlərin ssenarisinin gerçəkləşdirilməsinə imkan verməyəcəyik”

İranın müdafiə naziri: “Bölgədə sionistlərin ssenarisinin gerçəkləşdirilməsinə imkan verməyəcəyik”

GünAzTV: İranın müdafiə naziri Əmir Hatəmi, oktyabrın 3-də ölkədə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akarla görüşərək iki ölkə arasında qarşılıqlı hərbi əməkdaşlığın gücləndirilməsindən və İraq Kürdistanında müstəqilliklə bağlı keirilmiş referendundan danışıb.

 

İranın Müdafiə Nazirliyinin binasında keçirilən görüşdə iki ölkənin bir sıra regional məsələlərdə birgə hərbi əməkdaşlığının əhəmmiyyətinə toxunan Hatəmi bildirib ki,  Türkiyənin İranın xarici, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı siyasətində özünə məxsus özəl yeri var: “Amerika və  İsrail İŞİD ssenarisinin məğlubiyyəti uğramasından sonra region ölkələrinin parçalanması məsələsini gündəmə gətiriblər. Lakin bölgənin təsir gücünə malik iki mühüm ölkəsi sayılan ran və Türkiyə onların yeni ssenarisinin gerçəkləşdirilməsinə imkan verməyəcəklər. Hesab edirik ki, üç qonşu ölkənin, yəni İran, Türkiyə və İraqın müxtəlif sahələrdə birgə əməkdaşlığı, bölgədə təhlükəsizlik və sabitliyin yaranmasına yardım edə, hər hansı bir separatçılıqla bağlı hərəkətlərin qarşısını ala bilər”.

 

Görüşdə İran və Türkiyənin tarixi əlaqələrindən, iki millətin ortaq dini və mədəni dəyərlərindən danışan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar deyib ki, o, iki ölkə arasında olan siyasi, iqtisadi və mədəni əlaqələrlə yanaşı həm də rəsmi Ankara və Tehranın qarşılıqlı hərbi əməkdaşlığının gücləndirilməsinin tərəfdarıdır: “Biz, İraq və Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını dəstəkləyirik və region ölkələrinin sərhədlərində hər hansı bir dəyişiklik edilməsini qəbul etməyəcəyik”.

 

 

General Hulusi Akar iranlı həmkarı Məhəmmədhüseyn Baqirinin rəsmi dəvəti ilə oktyabrın 1-dən 2-nə keçən gecə İrana səfər edib. Akarın Tehrana səfəri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfərindən iki gün əvvələ təsadüf edib.

 

Ərdoğanın İrana səfəri oktyabrın 4-nə (bu günə) planlaşdırılıb. Səfər zamanı Türkiyə prezidentinin iranlı həmkarı Həsən Ruhani və İranın dini lideri Əli Xamneyi ilə görüşüb danışıqlar aparacağı bildirilir.

 

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib. 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN