İranın müdafiə naziri: “Yaxşısı budur ki, amerikalılar fars körfəzindən çıxıb getsinlər”

İranın müdafiə naziri: “Yaxşısı budur ki, amerikalılar fars körfəzindən çıxıb getsinlər”

GünAzTV: İranın müdafiə naziri Hüseyn Dehqan martın 30-da jurnalistlərə açıqlamasında Amerika hərbi komandanlarının son günlər İranın regiondakı rolu barədə səsləndirdiyi bəyanatlarına reaksiya verib.

 

Hüseyn Dehqan, Amerika hərbi komandanlarının iranla bağlı bəyanatlarını “yalan iddialar” adlandırıb: “Bu kimi bəyanatlar, bölgədə yalnız çaxnaşmanı dərinləşdirə bilər. Amerikalıların fars körfəzində nə işi var. Yaxşısı budur ki, onlar bu məntəqədən çıxıb getsinlər və bundan artıq region ölkələrinə maneəçilik törətməsinlər. Görəsən, kiminsə evinə girən cahil və silahlı bir oğrunun həm də ev yiyəsindən onun ayağının altına qırmızı xalça salmasını gözləməsini necə qəbul etmək olar. Bu isə yəqin ki, 21-ci əsrin modern cahiliyyətinin nümunələrindən biridir”.

 

Martın 29-da Amerika Nümayəndələr Palatasının silahlı qüvvələr xidmətləri komitəsində çıxış edən ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) , general Jozef Votel, İranın bölgədə sabitliyi pozan dağıdıcı fəaliyyətindən və onun region ölkələrinin daxili işlərinə müdaxiləsindən danışıb.O bildirib ki, İstər hərbi, istərsə də qeyri-hərbi yollarla İranın bölgənin sabitliyinə qarşı yönələn təxribatçı fəaliyyətinə son qoyulmalıdır: “İran, bütün regionda  sabitliyə qarşı ən böyük və uzunmüddət təhdidin əsas mənşəyidir. İran, regiondakı vəziyyətdən sui-istifadə edərək, bölgənin sabitliyinə qarşı yönələn fəaliyyətini gücləndirib. Bu ölkə, məntəqədə fəaliyyət göstərən müxtəlif qruplaşmalara öldürücü yardımlar (silahlar) çatdırılmasını sürətləndirərək öz hədəflərinə nail olmağa çalışır, kiber fəaliyyətini genişləndirir. Bunun isə qarşısı alınmalıdır”.

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN