İranın Oslodakı səfiri Norveç Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Oslodakı səfiri Norveç Xarici İşlər Nazirliyinə çağırılıb

GünazTV: İranın Oslodakı səfiri Məhəmməd Həsən Həbibullah martın 13-də Norveç Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Yayılan məlumata əsasən, İran səfirinin Norbeç Xarici İşlər Nazirliyinə çağırılmasına, İranda tanınmış vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudəyə qarşı təzyiqlərin artması və Tehran inqilab məhkəməsinin ona çıxardığı ağır həbs qərarı səbəb olub.

 

Norveç mətbuatının yazdığına görə, bu ölkə inqilab məhkəməsinin Nəsrin Sütədəyə çıxardığı 7 il həbs qərarına etiraz bildirib və ona qarşı irəli sürülən ittihamları əsassız sayaraq, xanım vəkilə qarşı təzyiqlərə son qoyulmasını və onun həbsi ilə bağlı məhkəmə qərarının ləğv edilməsini tələb edib”.

 

İran səfiri, məsələ ilə bağlı Norveç hökumətinin etirazını rəsmi Tehrana çatdıracağına söz verib.

 

İranın Oslodakı səfiri Məhəmməd Həsən Həbibullah

 

Həmçinin Norveçin İrandakı səfiri martın 13-də şəxsi “Twitter” səhifəsində yazdığı bir statusda, Nəsrin Sütədənin əsasız ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyib. O bildirib ki, tanınmış vəkil Nəsrin Sütudə yalnız İranda insan hüquqlarını müdafiə etdiyinə görə həbs edilib.

 

Xatırladaq ki, Tehran inqilab məhkəməsinin 28-ci şöbəsinin rəisi və hakimi axund Məhəmməd Moqisə martın 11-də jurnalistlərə açıqlamasında bildirib ki, xanım Sütudə sistemə qarşı qanunsuz toplantılara qatılmaqda və İranın dini lideri Əli Xamneyini təhqir etməkdə günahlandırılaraq 7 il həbsə məhkum edilib.

 

İranlı vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə

 

Qeyd edək ki, Nəsrin Sütudə, İranda insan hüquqlarını müdafiə etdiyinə görə bundan əvvəl dəfələrlə təzyiqə məruz qalaraq, həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN