İranın polisi: “Kürdüstan vilayətində Qüds günündə terror hücumu planlaşdıran 3 nəfər həbs edilib”

İranın polisi: “Kürdüstan vilayətində Qüds günündə terror hücumu planlaşdıran 3 nəfər həbs edilib”

GünAz TV: İranın Kürdüstan vilayətinin polis rəisi Əli Azadi mayın 31-də Sənəndəc rayonunda 3 nəfərin tutulduğu barədə məlumat yayıb.

 

Onun sözlərinə görə, bu şəxslər “Qüds günü yürüşündə terror aktları təşkil etməyi” planlaşdırıbmışlar.

 

Əli Azadi bildirib ki, saxlanılan şəxslərdən 3 avtomat, onlara məxsus 13 avtomat darağı və 390 patron aşkar edilərək götürülüb.  

 

Polis rəisi həbs edilən şəxslərin kimliyi və hansı qruplaşmaya bağlı olduqları barədə heç bir məlumat verməyib. Lakin onların “Pejak” terror təşkilatının üzvləri olduğu ehtimal edilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN