İranın Press Tv kanalının jurnalisti Amerikada həbs olunub

İranın Press Tv kanalının jurnalisti Amerikada həbs olunub

GünAz TV: İranda ingilis dilində fəaliyyət göstərən Press TV kanalının Amerika əsilli vətəndaşı Mərziyə Haşimi Vaşinqtonda həbs edilib.

 

Bu barədə məlumatı televiziya kanalı özü yayımlayıb.

 

Əsl adı Melanie Franklin olan amerikal bu xanımın ABŞ-a öz qohumları ilə görüşmək üçün getdiyi bildirilir.

 

Press TV-nin saytında verilən məlumata görə, o, bir neçə gündür ki, Vaşinqtonda müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

 

Qeyd edək ki, əslən amerikalı olan Melanie Franklin 1989-cu ildə öz iranlı həyat yoldaşı Ehsan Haşimi ilə İrana köçərək bu ölkədə yaşayır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN