İranın Qəzvin şəhərində daha 1 nəfər dara çəkilib

İranın Qəzvin şəhərində daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, 11 kilo 490 qramlıq “şişə” adlı narkotik maddə qaçaqmalçılığında təqsirli bilinən müttəhim, Təbriz şəhər sakini Rza Nalbəndi, oktyabrın 8-i sübh saatlarında İranın Qəzvin şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

İranlı hüquq təşkilatlarının bildirdiyinə görə bu ilin yanvar ayından bu günə qədər İranda 5-i yeniyetmə olmaqla ən azı 435 nəfər dara çəkilib. Bildirilir ki, edam edilənlərin əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN