İranın Qəzvin şəhərində daha 2 nəfər edam edilib

İranın Qəzvin şəhərində daha 2 nəfər edam edilib

GünAzTV: İranda qəsdən adamöldürmədə və narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 2 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, soyadları mediaya açıqlanmayan müttəhimlər Rza və Mehdi, martın 14-ü sübh saatlarında İranın Qəzvin şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilənlərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, son vaxtlar İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkə vətəndaşlarına çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN