İranın Qızıl Aypara Cəmiyyətinin bütün iqtisadi fəaliyyətləri dayandırılıbhesab

İranın Qızıl Aypara Cəmiyyətinin bütün iqtisadi fəaliyyətləri dayandırılıbhesab

GünAz TV: İranın Qızıl Aypara Cəmiyyətinin Ali Şurasının üzvü Salman Samani bildirib ki, dünən axşam saatlarında keçirilmiş 6 saatlıq görüşdən sonra təmsil etdiyi qurumun iqtisadi fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb.

 

Onun sözlərinə görə, Cəmiyyətin böyük iqtisadi fəaliyyətlərinin şəffaflığını təmin etmək üçün ona bağlı təşkilat və şirkətlərin öz fəaliyyətləri barədə hesabat hazırlayıb, təqdim etdiyi günə qədər bütün iqtisadi fəaliyyətləri dayandırılıb. Bu hesabatın hazırlanması üçün Cəmiyyətin üzvlərindən seçilmiş işçi qrupu və müfəttişlər 15 gün ərzində lazım olan bütün prosedurları həyata keçirəcəklər.

 

Qeyd edək ki, son dövrlər İranın Qızıl Aypara Cəmiyyətinin maliyyə işlərinin şəffaflığı ilə bağlı ziddiyyətli məlumatlar yayıldığına görə, Ali Şurada bununla bağlı araşdırmalar başlamışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN