İranın Qum şəhərində axşam qonaqlığına qatılan daha 15 qız və oğlan həbs edilib

İranın Qum şəhərində axşam qonaqlığına qatılan daha 15 qız və oğlan həbs edilib

GünazTV: İranın mühüm dini mərkəzlərindən sayılan Qum şəhərində gecə qonaqlığına qatılan daha 15 qız və oğlan həbs edilib.

 

Bu barədə İranın hökumət saytları fevralın 7-də məlumat yayıb.

 

Məlumata əsasən, yerli polis qüvvələri Qumun Sələfçəqan məntəqəsinin kəndlərindən birində bir bağ evində qız və oğlanların bir araya gəlməsi barədə məlumat əldə etdikdən sonra həmin kənddə əməliyyat keçiriblər.

 

Bildirilir ki, polis əməkdaşları həmin bağ evinə daxil olduqdan sonra, axşam qonaqlığına dəvət edilən və musiqi sədaları altında birlikdə rəqs edən 15 qız və oğlanı tutaraq polis bölməsinə aparıblar.

 

Polis əməkdaşlarının bağ evində yoxlama apardığı, 1500 litrə qədər müxtəlif növ spirtli içkilər aşkarlayaraq götürdüyü bildirilir.

 

Tutulan gənclərin hazırda harada saxlanması və onların konkret nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb.  

 

 Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2348-dən çox qız və oğlan həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN