İranın Qum şəhərində daha 3 nəfər edam edilib

İranın Qum şəhərində daha 3 nəfər edam edilib

GünAzTV: İranda qətldə günahlandırılan daha 3 nəfər edam edilib. Hadisə 3 gün əvvəl baş versə də, bu barədə məlumat yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, müttəhimlər (Mahmud Ərəb Xorasani, Mehdi Kaseb və Məhəmmədtağı Dehpərvər) avqustun 15-i sübh saatlarında İranın Qum şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilənlərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Bu il Ramazan ayının başa çatmasından sonra İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Bu isə məhbus ailələri ilə yanaşı, həm də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN