İranın Qum şəhərində daha 5 “Sepah”çının cənazəsi torpağa tapşırılıb

İranın Qum şəhərində daha 5 “Sepah”çının cənazəsi torpağa tapşırılıb

GünAzTV: “Sepah”ın Suriya savaşında həlak olmuş daha 5 muzdlusunun cənazələri ölkəyə gətirilib.

 

Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən və həmin ölkənin müxtəlif bölgələrində baş verən qarşıdurmalarda öldürülən “Sepah”çılardan 4-ü “Fatimiyyun” briqadasının əfqanlı muzdluları (Əli Natiqi, Mustafa Hüseyni, Eyvəz Məhəmmədi və Rəsul Cəfəri), biri isə “Sepah”ın iranlı muzdlusu axund Mahmud Tağıpurdur.  

 

Hər 5 “Sepah”çının cənazəsi ölkəyə gətirilərək noyabrın 14-də İranın Qum şəhərində torpağa tapşırılıb.

 

 

Qeyd edək ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb” hərəminin müdafiəçiləri” adlandırır.

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN