İranın Rəcayişəhr zindanında daha 2 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

İranın Rəcayişəhr zindanında daha 2 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

GünazTV: İranda qətldə və quldurluqda günahlandırılaraq edama məhkum edilmiş daha 2 nəfər barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb. 

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, Kərəcin Rəcayişəhr zindanında saxlanılan məhkumlar Hüseyn Rövşən və Həmid Sadiqi, sentyabrın 30-u axşam saatlarında həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüblər. Hər iki məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkilməsi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN