İranın Rəcayişəhr zindanında daha 4 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

İranın Rəcayişəhr zindanında daha 4 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 4 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Kərəcin Rəcayişəhr zindanında saxlanılan və adları mediaya açıqlanmayan 4 məhkum, iyunun 24-ü və 25-də həbsxananın ümumi korpusundan çıxarılaraq ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülüblər. Hər dörd məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN