İranın region ölkələrinin daxili işlərinə qarışmasını dayandırmaq üçün Kral Salman beynəlxalq ictimaiyyəti birliyə çağırıb

İranın region ölkələrinin daxili işlərinə qarışmasını dayandırmaq üçün Kral Salman beynəlxalq ictimaiyyəti birliyə çağırıb

GünazTV: Fevralın 24-də Ərəb Dövlətləri Liqasının toplantısına qatılmaq üçün Misirin Şərmüşşeyx şəhərinə səfər edən Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səud, İranın region ölkələrinin daxili işlərinə qarışmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti birliyə çağırıb.

 

Şərmüşşeyx iclasında çıxış edən Kral Salman bildirib ki, beynəlxalq birlik İranın Yəməndə yaraqlı husilərə dəstək verməsini və onun region ölkələrinin daxili işlərinə müdaxiləsini dayandırmalıdır: “Hesab edirəm ki, İranın Yəməndə yaraqlı husilərə dəstək verməsi, bölgədə açıq-aşkar təcavüzkar əməllərə əl ataraq, digər ölkələrin daxili işlərinə qarışması qarşısında beynəlxalq birlik vahid mövqedən çıxış etməli, İranı beynəlxalq qanunlara riayət etməyə, apardığı nüvə və raket proqramına son qoymağa vadar etməlidir.

 

Biz, Yəməndə yaşanan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2216 saylı qətnaməsinə uyğun olaraq, siyasi danışıqlar yolu ilə həllinin tərəfdarıyıq”-deyə Kral Salman vurğulayıb.

 

A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN