İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

GünazTV: İranın Rəşt şəhərində qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ölüm hökmünün icrasına hazırlıq üçün bir neçə gün əvvəl təkadamlıq kameraya köçürülən 42 yaşlı məhkum Möhsün Xocəstə, yanvarın 30-u sübh saatarında Rəşt şəhərinin mərkəzi zindanında dara çəkilib.   

 

 Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN