İranın Rəşt şəhərində daha 1 nəfər dara çəkilib

İranın Rəşt şəhərində daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda narkotik maddələrin istehsalı və satışında günahlandırılan daha 1 nəfər edam edilib. Hadisə iki gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, şəxsi mənzilində 3 kiloqramlıq “şişə” adlı təhlükəli narkotik maddə istehsal etməkdə və onu satmaqda günahlandırılan 32 yaşlı müttəhim, Hüseyn Hüseyni iyulun 8-i sübh saatlarında İranın Rəşt şəhərinin Lakan zindanında dar ağacından asılıb.

 

Dara çəkilən şəxsin ailə üzvləri isə hüquq müdafiəçilərinə açıqlamalarında Hüseyn Hüseyninin nahaq  yerə edam edildiyini, onun günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamları təzyiq və işgəncələr altında üzərinə götürmək məcburiyyətində qaldığını bildirirlər.

 

Qeyd edək ki, son vaxtlar İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN