İranın Rəşt şəhərində daha 1 nəfər dara çəkilib

İranın Rəşt şəhərində daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, dörd il əvvəl törətdiyi qətlə görə yaxalanan və həmin vaxtdan həbsdə saxlanılan 24 yaşlı müttəhim Həmidrza Xoşbəxt, oktyabrın 15-i sübh saatlarında İranın Rəşt şəhərinin Lakan zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN