İranın Rəşt şəhərində daha 2 nəfər edam edilib

İranın Rəşt şəhərində daha 2 nəfər edam edilib

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən daha 2 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, adları mediaya açıqlanmayan 26 və 39 yaşlı müttəhimlər, yanvarın 28-i sübh saatlarında İranın Gilan əyalətinin Rəşt şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxslərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN