İranın sabiq sənaye nazirinin qızı maliyyə fırıldaqçılığı ittihamı ilə həbs edilib- FOTO

İranın sabiq sənaye nazirinin qızı maliyyə fırıldaqçılığı ittihamı ilə həbs edilib- FOTO

GünAz TV: Hazırda İranın neft nazirinin ali müşaviri postunu tutan sabiq sənaye naziri Məhəmmədrza Nemətzadənin qızı Şəbnəm Nemətzadənin həbs olunduğuyla bağlı məlumatlar yayılıb.

 

İran məhkəmə sisteminin adının açıqlanmadığı rəsmisinin dediyinə görə, Şəbnəm Nemətzadə mülki vəsiqə ilə azadlığa buraxılsa da, sonradan onun tutularaq istintaqa cəlb edilməsilə bağlı hökm çıxarılıb.

 

Ona qarşı irəli sürülmüş ittihamlarla bağlı sentyabrın 16-da ilkin məhkəmə prosesinin keçirilməsi planlaşdırılır.

 

Sabiq nazirin qızına qarşı dərman preparatlarının monopoliyası və qeyri-qanuni sərvət əldə etmə ittihamları irəli sürülüb.

 

Məhəmmədrza Nemətzadə

 

Cinayət işində Ləşgəripur adlı bir şəxsin, eləcə də əczaçılığın inkişafı sahəsində fəaliyyət göstərən 1 şirkətin adı da keçir.

 

Qeyd etmək lazımdır ki, Şəbnəm Nemətzadə uzun illər apteklərdə çalışdıqdan sonra, 2009-cu ildən etibarən bir neçə dərman firması təsis edib.

 

Uzun müddət idi ki, nazir qızının haqqında monopolist və mühtəkir fəaliyyətlərilə bağlı mediada silsilə yazılar dərc edilirdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN