İranın Saqqız şəhərində toy mərasimi zamanı qaz balonun partlaması nəticəsində 11 nəfər həlak olub, 38 nəfər yaralanıb

İranın Saqqız şəhərində toy mərasimi zamanı qaz balonun partlaması nəticəsində 11 nəfər həlak olub, 38 nəfər yaralanıb

GünazTV: İranın Kürdüstan əyalətinin Saqqız şəhərində bir toy mərasiminin keçirildiyi şadlıq zalında qaz balonun partlaması nəticəsində ən azı 11 nəfər həlak olub, 38 nəfər yaralanıb.

 

Hadisə, dekabrın 5-i yerli vaxtla axşam saat 22:00 radələrində baş verib. Qaz balonun naməlum səbəbə partlaması toy mərasimini yasa çevirib. Hadisə nəticəsində ölənlərdən 5-i uşaq, 4-ü isə qadındır. Kürdüstan ostandarlığın rəsmilərindən biri jurnalistlərə açıqlamasında deyib ki, partlayışdan dərhal sonra toy iştirakçılarının zalın çıxış qapısına hücum gətirməsi nəticəsində bir neçə uşaq da əl-ayaq altda qalaraq həyatını itirib.

 

Baş verən hadisəyə görə, bu gün Kürdüstan əyalətində matım günü elan edilib. Hadisənin səbəbləri araşdırılır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN