İranın Sari şəhərində daha 1 məhkum dara çəkilib

İranın Sari şəhərində daha 1 məhkum dara çəkilib

GünazTV: İranda qətldə günahlandırılaraq barəsində ölüm hökmü çıxarılmış daha 1 məhkum edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəbə görə Sari şəhərinin Rahbənd məntəqəsində baş vermiş davada qətl törətdiyi üçün edama məhkum edilən 38 yaşlı məhkum Əbdülhəsən Qurbani, avqustun 21-i sübh saatlarında Mazandaran əyalətinin Sari şəhərinin zindanında dara çəkilib.

 

Bildirilir ki, öldürülən şəxsin ailə üzvləri, miqdarı açıqlanmayan qan pulu qarşılığında qatili bağışlamağa hazır olduqlarını bildirsələr də, müttəhimin valideynləri nə qədər çalışsalar da, istənilən məbləği təmin edə bilməyib.  Nəticədə qatilə çıxarılan hökm yerinə yetirilib və o dar ağacından asılaraq edam edilib.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN