İranın Sari şəhərində gecə qonaqlığına qatılan daha 52 qız və oğlan həbs edilib

İranın Sari şəhərində gecə qonaqlığına qatılan daha 52 qız və oğlan həbs edilib

GünazTV: İranın Mazandaran əyalətinin Sari şəhərində gecə qonaqlığına qatılan daha 52 qız və oğlan həbs edilib.

 

Bu barədə, Mazandaran əyalətinin yerli polis rəsmiləri avqustun  24-də jurnalistlərə açıqlama veriblər.

 

Adları mediaya açıqlanmayan polis rəsmilərinin bildirdiyinə görə, tutulanlardan 29-u kişi, 23-ü isə qadındır. Bildirilir ki, alkoqollu içkilərdən istifadə edən həmin şəxslər qonaqlıqda birlikdə rəqs edib şənlik edərkən tutularaq polis bölməsinə aparılıblar.

 

Qənaqlığa qatılanların konkret nə zaman tutulduğu və onların hazırda harada saxlanıldığı haqda məlumat yayılmayıb.

 

 Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 1950-ə yaxın qız və oğlan həbs edilib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN