İranın Şəhri kürd şəhərində daha 2 nəfər edam edilib

İranın Şəhri kürd şəhərində daha 2 nəfər edam edilib

GünAzTV: İranda qəsdən adamölüdürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib. 

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, İranın Şəhri kürd zindanında saxlanılan və iki gün əvvəl təkadamlıq kameralara köçürülən 3 məhbusdan ikisi (38 yaşlı Saleh Dehkordi, 40 yaşlı Yarəli Nuri), oktyabrın 14-ü sübh saatlarında həbsxananın həyətində dara çəkilib.

 

Eyni ittihamla ölüm meydançasına aparılan üçüncü müttəhimin (26 yaşlı Davud Şükri) isə ölüm hökmünün icrası müvəqqəti olaraq dayandırılıb. O, qətlə yetirdiyi şəxsin valideynlərindən qan pulu ödəməklə ölümdən xilas olmaq üçün möhlət alaraq, yenidən saxlandığı korpusa qaytarılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN