İranın Sənəndəc şəhərində daha 1 gənc məhkum dara çəkilib

İranın Sənəndəc şəhərində daha 1 gənc məhkum dara çəkilib

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 gənc edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, dörd il əvvəl Kürdüstan əyalətinin Sənəndəc şəhərində naməlum səbəbə görə baş verən bir davada yaxın qohumlarından birini qətlə yetirən 24 yaşlı məhkum Zərqar Zəndi, oktyabrın 1-i sübh saatlarında Sənəndəcin mərkəzi zindanında dara çəkilib. Edam edilən gənc məhkumun məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN