İranın Şərqi Azərbaycan əyalətində daha 1 sərnişin avtobusu qəzaya uğrayıb. 1 nəfər ölüb, 20 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətində daha 1 sərnişin avtobusu qəzaya uğrayıb. 1 nəfər ölüb, 20 nəfər yaralanıb

GünazTV: İranın Şərqi Azərbaycan əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 20 sərnişin yaralanıb.

 

Bu barədə, Şərqi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadi Niya jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, hadisə fevralın 18-i günorta saatlarında Təbrizin “Pəyambəri-Əzəm” magistral yolunda baş verib: “Qəza, Təbriz-Zəncan yolunun 140 kilometrliyində, Çaroymaq şəhərinin Nəsirabad məntəqsədində baş verib. Hərəkətdə olan sərnişin avtobusu naməlum səbəbə görə bir TIR-la (treyli) toqqoşaraq aşıb.

 

Qəza nəticəsində avtobus sərnişinlərindən 1-i yerindəcə həlak olub, 20-si yaralanıb. Yaralılar Həştrud və Təbriz xəstəxanalarına yerləşdirilib. Hazırda qəzanın səbəbləri araşdırılır” -deyə, Şərqi Azərbaycanın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadi Niya əlavə edib.

 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN