İranın Şiraz şəhərində daha 9 nəfər dara çəkilib

İranın Şiraz şəhərində daha 9 nəfər dara çəkilib

GünAzTV: İranda kütləvi cinsi təcavüzdə günahladırılaraq ölümə məhkum edilmiş daha 9 nəfər edam edilib.

 

Müttəhimlər, (Əbdülxaliq Səfayi, Əli Əkbər Həqiqi, Əli Şah Əlyan, Həmidrza Səfayi, Behnam Rustayi, Ehsan Səfayi, Məhəmmədrza Səfayi, Davud Zarei və Mehdi Zəmani) sentyabrın 22-si sübh saatlarında Şirazın Adilabad zindanında dara çəkilib.

 

Şiraz məhkəməsinin bildirdiyinə görə, edam edilən şəxslər, bir neçə vaxt əvvəl Şirazın ətrafındakı bağ evlərindən birinə gecə saatlarında basqın etməkdə, bağ evindəki kişiləri bıçaqla təhdid edib ağaca bağladıqdan sonra 3 qadını zorlamaqda günahlandırılıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN