İranın Sistan-Bəlucistan əyalətində ilçə binasına silahlı hücumda 2 nəfər öldürülüb

İranın Sistan-Bəlucistan əyalətində ilçə binasına silahlı hücumda 2 nəfər öldürülüb

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Sərbaz şəhərində naməlum silahlı şəxslərin ilçə binasına hücumunda 2 nəfər həlak olub.

 

Hadisə, avqustun 22-si sübh saatlarında baş verib. Naməlum silahlı şəxslər ilçə binasına hücum edərək ona daxil olmağa çalışıblar. Lakin binadakı mühafizəçilər onların bu cəhdinin qarşısını almağa çalışarkən, tərəflər arasında atışma olub. Atışma nəticəsində hücumçular binanı qoruyan 2 nəfəri yerindəcə qətlə yetiriblər. Öldürülənlərdən biri adi əsgər (Məhəmmədhüseyn Rəstigar), digəri isə adı mediaya açıqlanmayan “Bəsic” təşkilatının üzvüdür. 

 

 

Hücumçuların hadisə yerindən qaça bildiyi vurğulansa da, onların kimliyi və hansı müxalif bəluc təşkilatının üzvləri olduğu mediaya açıqlanmayıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN